SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə dəhşətli zorlama hadisəsi baş verib.

BAKU.WS
“Haberler” saytına istinadənə xəbər verir ki, hadisə Kocaelidə baş verib.

17 yaşlı A.K. son günlər özünü pis hiss edib və çox narahat görünüb. Ailəsi bundan narahat olub. Ötən gün kəskin qarın ağrısı ilə xəstəxanaya aparılan qızın hamilə olduğu məlum olub.

Dindirilmələrdən sonra məlum olub ki, qız qonşusu tərəfindən zorlanıb. Bundan sonra isə o müxtəlif şəxslər tərəfindən cinsi istismara məruz qalıb. Həmin şəxslər qızı şantaj etməyə başlayıblar ki, bu barədə heç kimə məlumat verməsin. Qıza bildiriblər ki, əgər baş verənlrə barədə danışsa, onun əxlaqsız olduğu barədə məlumatlar yayılacaq. Onun xoşagəlməz görüntüləri sosial şəbəkələrdə və porno saytda yayılacaq.

Polisin keçirdiyi əməliyyat nəticəsində həmin şəxslər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS