SİZİN REKLAM BURADA!
055 213 76 73



Naxçıvanda itən buzov iki gün sonra su quyusundan tapılıb. İribuynuzlu heyvan sakinlərin köməyi ilə sağ-salamat quyudan çıxarılıb.

Hadisə Naxçıvanda, Kəngərli rayonunun Yurdçu kəndində baş verib. Sakinlərdən birinə məxsus buzov itib və iki gün ərzində tapılmayıb. İki gün sonra isə iribuynuzlu heyvanın kəndin kənarında qazılan kəhrizə düşdüyü məlum olub.

Buzov sakinlərin köməyi ilə kran vasitəsi ilə sağ-salamat quyudan çıxarılıb. Sakinlərdən biri bu görüntüləri çəkərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS