SİZİN REKLAM BURADA!
055 213 76 73



Quba rayonunun Talabı kənd sakinləri ərazidəki köhnə quyudan neftin çıxdığını aşkar ediblər.

BAKU.WS-in Xəzər TV-yə istinadən məlumatına görə, prosesin bir müddətdir davam etdiyi bildirilir.

Quba rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Vahidliyi üzrə nümayəndəsi Xanlar Heybətov 1969-70-ci illər ərazidə neft quyusunun qazıntısına başlandığını, 4-5 il neft çıxandan sonra isə bu prosesin dayandığını deyib.

Hadisə ilə bağlı aidiyyatı qurumlara müraciət olunub.

BAKU.WS