SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ağsu sakininin həyətindən neft çıxa bilər. Ev sahibi su quyusu qazarkən neft qoxusu gəlib. Quyudan neft çıxma ehtimalına görə qazıntı dayandırılıb.

BAKU.WS Xezerxeber.az məlumat verir ki, Ağsunun Ərəbmehdibəyli kəndində Qurban Orucov həyətində qazıntıya başlayıb. 2 ,5 metr qazılan quyudan qəribə qoxu gəlməsi hər kəsi təəcübləndirib. O, neft çıxma ehtimalına görə qazıntını dayandırıb.

Hər gün quyudan gələn qoxunun miqdarı artıb qazılan torpaqda nəmişlik yaranıb.

Əvvəllər də həyətdə bir neçə yerdə təxminən 5 metir dərinliyində bu cür quyu qazılıb, amma belə belə hal yaşanmayıb. Həyətin giriş hissəsində yerləşən quyunun sağ küncündə yumşaq və olduqca lilli yığıntı yaranıb.

Ev sahibi kənd icra nümayəndəliyinə məlumat verib. Quyudan torpaq götürülərək aidiyyatı qurumlara göndərilib.
 
BAKU.WS