SİZİN REKLAM BURADA!
055 213 76 73



Daşkəsən rayonunda 6 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

ARB TV xəbər verir ki, mikroavtobus Bayan kəndində “VAZ-2106” markalı avtomobillə toqquşub.

Nəticədə Daşkəsən rayon sakinləri - mikroavtobusun sürücüsü, 54 yaşlı Zahid Allahyarov, onun sərnişinləri - 51 yaşlı Elşən Qurbanov, 53 yaşlı Zərqələm Verdiyeva, iki azyaşlı, “VAZ-21 06”nın sərnişini, 61 yaşlı Çapay Əliyev xəsarət alıblar.

Zahir Allahyarov (zərərçəkən): “Mən Gəncədən çıxıb Daşkəsənə gedirdim. Yolda maşınları ötmək istəyirdim, biri mənim yoluma çıxdı və maşınıma girdi”.

Böyüklər Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, uşaqlar isə Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

BAKU.WS