SİZİN REKLAM BURADA!
055 213 76 73



Şirvanda qadın intihar məqsədilə özünü Kür çayına atıb.

BAKU.WS-in APA-a istinadən məlumatına görə, bu gün saat 08.30 radələrində Şirvan şəhərində Kür çayının üzərindən keçən körpüdən bir nəfər qadın özünü çaya atıb.  Yaxınlıqda olan şəxslər onu xilas etməyə çalışıblar. 1970-ci il təvəllüdlü Hüseynov İlham Əlibəy oğlu onu xilas edib.

1990-cı il təvəllüdlü Hacıyeva Aygün İbrahim qızı, və onu sudan çıxaran 1970-ci il təvəllüdlü Hüseynov İlham Əlibəy oğlu Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar, onlara tibbi yardım göstərilib. Hər iki şəxs reanimasiya şöbəsinə yerləşdirilib.

Nihat HÜSEYNZADƏ
BAKU.WS