SİZİN REKLAM BURADA!
055 213 76 73



Saatlıda ağır yol-nəqliyyat hadisəsinin baş vermə anının görüntüsü ortaya çıxıb.

BAKU.WS-in əldə etdiyi görüntülərdən qəzanın necə baş verdiyini açıq-aydın görmək olar. 

Dəhşətli qəza bir həftə öncə axşam saatlarında Saatlı rayonunun Qaralar kəndi ərazisində baş verib. Hacıqabul rayonu Pirsaat kənd sakini, 26 yaşlı Mehman Rəsulovun idarə etdiyi yük avtomobili təkərinin partlaması nəticəsində yoldan çıxaraq su kollektoruna aşıb. Yük avtomobili eyni anda hərəkətdə olan İmişli sakini, 31 yaşlı Əli Allahverənovun idarə etdiyi avtomobilin üstündən keçərək kanala yuvarlanıb.

Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüblər. Qəza nəticəsində yük avtomobilinin kabinəsində sıxılmış vəziyyətdə qalan sürücü Saatlı rayon xəstəxanasına çatdırılıb. Ona ilkin yardım göstərildikdən sonra Bakı şəhəri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yola salınıb.

Abbas
BAKU.WS