SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda gecə klubunda mahnı üstündə müştərini öldürməkdə təqsirləndirilən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə başa çatıb.

BAKU.WS yenicag.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Vüsal İbrahimov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il Nizami rayonu, “Neftçilər” metro stansiyası yaxınlığında yerləşən “Arbotaj” gecə klubunda baş verib. 1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri Tovuz rayon sakini olan, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayıb. Su-tikinti xəstəxanasına aparılan Nurlan Atakişiyev orada dünyasını dəyişib.

Qeyd edək ki, ölümlə nəticələn hadisə müştərinin İstanbulda qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskiyə aid mahnı sifariş verməsi üstündə baş verib.

BAKU.WS