SİZİN REKLAM BURADA!
055 213 76 73



DJ Smash kimi tanınan rusiyalı musiqiçi Andrey Şirman Perm şəhərində gecə klublarının birində döyülüb.

BAKU.WS-in məlumatına görə, musiqiçiyə yerli qanunvericilik şurasının keçmiş deputatı, döyüş sənətləri üzrə idman ustası Aleksandr Telepnev ağır xəsarətlər yetirib.

DJ Smash-in sözlərinə əsasən, barda ona bir nəfər yaxınlaşaraq şəkil çəkdirmək istədiyini bildirib.

Razılıq almadıqda, içkili vəziyyətdə olan eks-deputat DJ gicgahından zərbə vuraraq onu yerə yıxıb. Sonra musiqiçini ayaqla döyməyə başlayıblar. Məlumata görə, DJ-yi döyən şəxs Rusiyanın sabiq millət vəkili Aleksandr Telepnevdir.

Faktla bağlı cinayət işi başlanılıb.

İman
BAKU.WS