SİZİN REKLAM BURADA!
055 213 76 73



Mingəçevir şəhərində yaşlı qadını öküz vurub. BAKU.WS report-a istinadən xəıbər verir ki, hadisə şəhərin M.Maqomayev prospektində baş verib.

Qəssabdan qaçan öküz yoldan keçən 1963-cü il təvəllüdlü şəhər sakini Hüseynova Təranə Yaqub qızına hücum edib və onu vuraraq yerə yıxıb. Başı asfalta çırpılan qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qadının bədən nahiyəsi ilə yanaşı, kəllə-beyin travması aldığı məlum olub.

BAKU.WS