SİZİN REKLAM BURADA!
055 213 76 73



Ermənistan KİV-i ölkə başçısı Serj Sarkisyanın xəstəxanaya yerləşdirildiyini yazır.

BAKU.WS-in məlumatına görə, Yeni il bayramlarına sağlamlıq vəziyyətiylə əlaqədar qatıla bilməyən Serj Sarkisyanın xəstəxanada müalicə olunduğu bildirilir.

Prezidentin mətbuat katibi Vladimir Akopyan isə bildirib ki, prezident xəstəxanaya yerləşdirilməyib: 

"Bu informasiya həqiqətə uyğun deyil. Prezidentin yüngül soyuqdəyməsi var idi. Həmin dövrdə o, evdə idi".

Bu gün "Jamanak" qəzeti isə yazıb ki, dövlət başçısı xəstəxanaya yerləşdirildiyi üçün Milad bayramında kilsə tədbirlərinə baş çəkə bilməyib.

Şahin
BAKU.WS