SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda 3 maşının toqquşması ilə yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in məlumatına görə, Bülbül Prospekti ilə “28 May” küçəsinin kəsişməsində Ford markalı maşın iki avtomobilə çırpılıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, yüksək sürətlə hərəkət edən “Ford”un sürücüsü idarəetməni itirib və dayanmış vəziyyətdə olan VAZ 2107 və Opel markalı maşınlara çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

BAKU.WS