SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-nin "Rezonans" verilişinin növbəti buraxılışında bacısının evindən oğurluq edən məhkum Əli Mahmudovun həbsxana hekayələri təqdim olunub.

BAKU.WS-in məlumatına görə, artıq 4 ildir ki, həbsxanada olduğunu deyən Əli Mahmudov (cəzası 8 il) bildirib ki, mebel ustası işləyirdi və pis də qazanmırdı.

“Rusiyaya işləmək üçün bacımgilə getdim. Onlar mənə məsləhət gördü ki, vətəndə qalıb işləyim. Tez-tez içki içirdim. Məni geri əliboş qaytaranda incidim. Acıq çıxmaq qərarına gəldim. Pislik eləmək istəmirdim. Sərxoş vəziyyətdə idim və onun təsirilə elədim. Qızılları var idi və onlar lombarda verdim. 50 minə yaxın pul elədi. Evə pul aparmadım. Kafelərdə, restoranlarda hamısını xərclədim. Ailəmin yanında utanıram. Mənim əl izim dolaba düşdüyü üçün oradan tapıblar. Bacım şikayətçi olmaq istəmirdi, amma ortada cinayət faktı var idi. Hadisədən sonra bacım gəlmişdi yanıma. Utandığımdan başımı aşağı salmışdım. İçki adamı bədbaxt edir", - deyə Əli Mahmudov bildirib.

BAKU.WS