VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda qadın müştəri satıcını aldadaraq dələduzluq edib.

BAKU.WS-in məlumatına görə, 8-ci mikrorayonda yerləşən kişi geyim mağazası “Hatemoğlu”da fırıldaqçılıq faktı qeydə alınıb.

Mağazanın sahibi Tural Nəcəfli BAKU.WS deyib ki, hələlik polisə şikayət etməyib.  

Videoda göründüyü kimi, qadın corab almaq üçün 100 AZN-i satıcıya göstərərək əlində saxlayır. Daha sonra qadın 100 AZN-i çantasına qoyub. Dələduz qadın satıcının fikrini yayındırmaq üçün çantasından 1 və 2 AZN çıxardır. Nəticədə qadın satıcının ona verdiyi 92 AZN qalığı çantasına qoyaraq aradan çıxır.

Həmin videonu təqdim edirik: 

Tuncay
BAKU.WS