SİZİN REKLAM BURADA!
055 213 76 73



Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 30-da saat 19 radələrində Ağcabədi rayonunun Boyat kəndi ərazisindəki “Maye qaz” yanacaqdoldurma məntəqəsinin çəninə Şirvan şəhər sakini Gülhüseyn Nəsirov “ZİL-130” markalı avtomobilindən maye qaz boşaldarkən partlayış baş verib.

Nəticədə avtomobilin yanar konstruksiyaları yanıb, habelə məntəqənin yardımçı otağı və yaxınlıqdakı çardaq dağılıb. G.Nəsirov, N.Cəfərov və onun qardaşı Həsən müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Nahid Cəfərov orada ölüb, digərlərinin vəziyyətləri qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.

BAKU.WS