Rusiyanın Leninqrad vilayətində azərbaycanlılar arasında atışma olub.

BAKU.WS-in məlumatına görə, atışma nəticəsində 5 nəfər yaralanıb.

Rusiya Daxili İşlər Nazirliyinin Leninqrad vilayəti üzrə İdarəsinin yaydığı məlumata görə, yaralılar arasında təhlükəsizlik xidmətinin 43 yaşlı əməkdaşı da var.

Gecə klubunda baş verən atışmada yaralananların hamısının azərbaycanlılar olduğu bildirilir.

Atışmaya klubda qıza deyilən qeyri-etik söz səbəb olub.

BAKU.WS