SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Nəqliyyat Agentliyi 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun yolun əks istiqamətinə çıxaraq hərəkət etməsi ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, məsələ dərhal agentlik tərəfindən nəzarətə götürülərək araşdırmalara başlanılıb.

Müəyyən edilib ki, 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10TH031 DQN-lı avtobusun sürücüsü sərnişinlə dolu olan nəqliyyat vasitəsi ilə yolun əks istiqamətinə çıxmaqla idarə edib.

Bununla da avtobusun sürücüsü Mehdiyev Sadiq Niyazi oğlu sərnişinlərin, eləcə də digər hərəkət iştirakçılarının həyatını birbaşa təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verib.

Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən, artıq həmin sürücü işdən azad edilib. Eyni zamanda, daşıyıcıya tapşırılıb ki, bu və buna bənzər xoşagəlməz halların təkrarlanmaması üçün zəruri tədbirləri həyata keçirsin.

“Bir daha qeyd edirik ki, Bakı Nəqliyyat Agentliyi sərnişinlərinin təhlükəsizliyi ilə bağlı məsələdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyən daşıyıcılara və sürücülərə qarşı barışmaz mövqedədir və bu mövqe dəyişməzdir. Məlum videogörüntünü çəkib sosial şəbəkədə paylaşanlara da ayrıca təşəkkürümüzü bildiririk. Bakı Nəqliyyat Agentliyi bu gün marşrut şəbəkəsində mövcud problemlərin həllində məhz bu cür ictimai nəzarətin önəmli olması qənaətindədir”, - deyə BNA-dan bildirilib.

BAKU.WS