SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə polis əməkdaşları magistral yolda hərəkət şübhəli TIR-ı saxlayıb.

BAKU.WS-in məlumatına görə, polisin araşdırmaları zamanı məlum olub ki, TIR-ın yük hissəsində olan 200-ə yaxın azərbaycanlı və əfqan Avropaya qaçaq yolla keçmək istəyib.

Hadisə Çorum şəhərində baş verib. Yol polisi TIR-ın sürücüsünə saxlamaq əmri verib. Lakin sürücü sürəti artıraraq qaçmağa çalışıb. Polisin təqibindən xilas ola bilməyəcəyini başa düşən sürücü TIR-I saxlayaraq maşından düşərək qaçıb.

Yük hissəsində olan azərbaycanlı və əfqanlar da hadisə yerindən qaçmağa başlayıblar. Lakin polis onları saxlaya bilib.

Onların arasında hamilə qadın da olub, o, dərhal xəstəxanaya yerləşdirilib.

İlkin istintaqda məlum olub ki, təxminən 200-ə yaxın azərbaycanlı və əfqan 1000 dollar qarşılığında Bakıdan yola düşüb. Onlar Türkiyəyə keçərək buradan da Avropaya qaçmaq istəyiblər.

Faktla bağlı polis araşdırmalara başlayıb.

BAKU.WS