Baş Prokurorluq “AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov həbs edilməsi xəbəri təkzib edib.

Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlama verib.

“Bəzi Kütləvi İnformasiya Vasitələrində “AAAF Park”-da prokurorluq əməkdaşları tərəfindən yoxlamalar, axtarışlar aparılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Bu xəbər tərəfimizdən təkzib olunur”, - deyə E.Sultanov bildirdi.

Daha əvvəl xəbər yayılmışdı ki, “AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov həbs edilib. Prokurorluq əməkdaşları “AAAF Park” ərazisində yerləşən bütün obyekt sahiblərinə xəbərdarlıq edərək, 10 dəqiqə ərzində ərazini tərk etməyi tapşırıb.

Parkın ərazisindəki bütün obyektlərə Prokurorluq tərəfindən həbs qoyulub. Hazırda “AAAF Park” ərazisində axtarışlar aparılır. İstintaq başa çatdıqdan sonra obyekt sahibləri əraziyə daxil ola biləcəklər.

***13.48

“AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov həbs edilib.

“Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, prokurorluq əməkdaşları “AAAF Park” ərazisində yerləşən bütün obyekt sahiblərinə xəbərdarlıq edərək, 10 dəqiqə ərzində ərazini tərk etməyi tapşırıb. Parkın ərazisindəki bütün obyektlərə Prokurorluq tərəfindən həbs qoyulub. Hazırda “AAAF Park” ərazisində axtarışlar aparılır. İstintaq başa çatdıqdan sonra obyekt sahibləri əraziyə daxil ola biləcəklər.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, ancaq bu barədə “Ölkə.Az”-a məlumatı boşaldılan obyekt sahibləri də təsdiqləyiblər.

Obyekt işçiləri arasında gəzən söhbətə görə, iş adamı Tofiq Heydərov hansısa dini sektanın üzvüdür.

BAKU.WS