SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Badamdar qəsəbəsinin mərkəzi küçəsi olan Badamdar şossesinin müasir layihə əsasında yenidənqurulmasına başlanıb.  

BAKU.WS xəbər verir ki, İH-dən istipress-ə verilən məlumata görə, bu küçə ətrafında yerləşən obyekt və tikililərin inventarizasiyası aparılıb, təcrübəli memarlar tərəfindən müasir layihələr işlənilib və RİH-də vətəndaşlarla görüş keçirilib. Hazırda layihələrin tikili və obyekt sahibləri ilə razılaşdırılması prosesi gedir. 

Badamdar yolunun ətrafında yerləşən obyekt və tikililərin inventarizasiyası zamanı aşkar olunub ki, buradakı obyektlərin əksəriyyəti qeyri-qanuni fəaliyyət göstərir, onlar vaxtı ilə yaşayış yeri kimi rəsmiləşdirilib, bir çoxunda əlavə torpaq sahələri zəbt olunmaqla əlavə tikinti işləri aparılıb və mövcud Qanunvericiliyin tələblərinə uyğunlaşdırılmayıb. Bəzi yerlərdə tikililər yüksəkgərginli elektrik xətlərinin birbaşa altında və mühafizə zolağında tikilib, həmçinin şosse boyunca bir çox yerlərdə piyada səkiləri də zəbt olunub.

Bununla əlaqədar RİH tərəfindən vətəndaşlara öz tikili və obyektlərinin qanunauyğun şəkildə sənədləşdirilməsi təklif olunub və onlara qanun çərçivəsində hər cür yardım göstərilir. 

Eyni zamanda Badamdar şossesinin kənarlarında zəbt olunaraq tikilmiş və qanunsuz artırılmış, yolun yenidənqurmasına  mane olan, səkilərə çıxan  tikililərin söküntüsü aparılır. 

Badamdar qəsəbə nümayəndəliyindən bildirilib ki, aparılan söküntü işləri ilə bağlı hələ ki, şikayət daxil olmayıb. 

BAKU.WS