SİZİN REKLAM BURADA!
055 213 76 73



Atlintik okeanından başlayan və ABŞ-da ciddi fəsadlara səbəb olan “İrma” qasırğası milyarder, məşhurlarla yanaşı ABŞ prezidenti Donald Trampın da villasını viran qoyub.

BAKU.WS-in məlumatına görə, “İrma” qasırğası Trampın San-Marten adasında yerləşən villasına ciddi ziyan vurub.

Qasırğa fəlakətindən sonra prezidentin 16,5 milyon dollarlıq villası satışa çıxarılıb.

Nekker adasında isə britaniyalı milyarder Riçard Brensonun villası qasırğadan ciddi zərər görüb. Həmin vaxt biznesmen villada olub. Onun xəsarət almadığı bildirilir. Villanın həyətindəki ağacları kökündən çıxıb.

“İrma” qasırğası rus milyarder Roman Abromoviçin Sen-Bartelem adasında olan villasını da viran qoyub.

BAKU.WS