SİZİN REKLAM BURADA!
055 213 76 73


 

ABŞ-ın 45-ci prezidenti Donald Tramp artıq rəsmən vəzifəsinin icrasına başlayıb. Ağ Evin yeni sahibinin şəxsiyyətinə ictimai maraq həddən artıq böyükdür. Bakı sakinləri necə, Donald Trampın kim olduğunu bilirlərmi?
 
ABŞ-ın hal-hazırkı prezidenti.
ABŞ-ın yeni seçilmiş prezidenti.
ABŞ-ın yeni prezidenti. (tərcümə)
ABŞ-ın yeni prezidenti.
ABŞ-ın yeni seçilmiş prezidenti.
Tramp Amerikanın prezidenti.
Amerikanın prezidenti..
ABŞ-ın 45-ci prezidenti.
Amerikanın prezidenti.
Amerikanın prezidenti. 
Amerikanın yeni prezidenti.
Amerikalı. Prezident. Xəbərim yoxdur.
Amerikanın yeni prezidenti.
  
Maraqlıdır ki, Donald Trampın kim olduğunu bilməyən həmyerlilərimiz də var.
 
Yalan deyərəm. Tanımıram.
Tanımıram.  
Aktyor.
Yəqin, xarici olar.
 
Dünyada hər kəs Donald Trampı amerikalı milyarder, "Simpsonlar" serialının qəhrəmanı, lap elə Melania Trampın həyat yoldaşı kimi tanıyır. Bəs Bakı sakinləri necə, Trampın prezident olmazdan əvvəl nə işlə məşğul olduğunu bilirlərmi?
 
Bilmirəm.
Fermer olub.
Modellərlə işləyirdi.
     - Böyük biznesmen, otellərin sahibi.
Mən bildiyim qədər tikinti şirkətlərinin sahibi. Multi-milyonçu.
Milyoner olub.
Böyük biznesmen olub. İndi də prezident seçilib. Öz var-dövlətini oğluna həvalə edib. Siyasi işlərlə məşğul olmağa söz verib.
İş adamı
Modelyer.
Biznesmen, şoumen.
Biznesmen, milyarder.
Bilmirəm.
Biznesmen.
Milyonçu olub.
- Bilmirəm.
 Əvvəl biznesmen.