SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıdakı şadlıq evlərindən birində tanınmış müğənni İzzət Bağırova görə mərasim iştirakçıları arasında yaranmış mübahisə kütləvi dava ilə nəticələnib.

Belə ki, paytaxt sakini Novruz Aslanlı övladının ali məktəbə daxil olması münasibətilə şadlıq sarayının kiçik zalında şənlik mərasimi təşkil edib. Hadisə zamanı müğənni İzzət Bağırov və Elməddin Abbasovla arasında mübahisə yaranıb.

Elməddin Aslanov İzzət Bağırova "niyə mənə tərbiyəsiz dediniz" sualını verən zaman müğənninin mühafizəçiləri Elməddin Aslanovu vurublar. Ailə üzvləri hadisəyə mudaxilə ediblər.

Hadisə zamanı Novruz Aslanov və Asif Nəbiyev küt alət olan beşbarmaqla İ.Bağırovun muhafizəçiləri tərəfindən vurulub. Mübahisəyə səbəb qonağın operatordan müğənnini deyil, onları lentə almağı xahiş etməsi olub. Bu zaman müğənni buna etiraz əlaməti mərasimi yarımçıq tərk edib.

Onların hər ikisi xəstəxanaya yerləşdirilib. Həkimlər Aslanov Novruzun və Nəbiyev Asifin vəziyyətini ağır qiymətləndirirlər.

BAKU.WS