SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda 8 ədəd müxtəlif cinsli və diametrli meyvə ağaclarının kəsilməsi faktı araşdırılır.

BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, nazirliyin "Qaynar Xətt”inə Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 3 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət əməkdaşlar tərəfindən dərhal araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda 8 ədəd müxtəlif cinsli və diametrli meyvə ağaclarının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkar olunub.

Faktla bağlı akt tərtib edilib.

Təqsirkarların müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Yasamal Rayon Polis İdarəsinə müraciət edilib.