SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda cinsiz azlıq nümayəndələrinin törətdiyi daha bir əməllə bağlı polisə məlumat daxil olub.
 
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayon Bakıxanov qəsəbəsi R.Qənbərov küçəsində cinsi azlıq nümayəndəsi olan 2 nəfər 28 yaşlı iş adamı Ramal Rzayevdən quldurluq yolu ilə pul tələb ediblər. Həmin şəxslər R.Rzayevin üzərindəki 970 manat pulu götürərək uzaqlaşıblar.
 
Qeyd edək ki, son vaxtlar Bakıda cinsi azlıq nümayəndələrinin müəyyən ərazilərdə nüfuz dairələri yaratmaları, quldurluq və xuliqanlıq əməlləri törətməsi ilə bağlı faktlara rast gəlinir.
 
Son hadisədə zərərçəkmiş olan Ramal Rzayev bununla bağlı polisə müraciət edib. Araşdırmalar aparılır.
 
BAKU.WS