SİZİN REKLAM BURADA!
055 213 76 73



Gəncə şəhər Kəpəz rayon məhkəməsinin qarşısında dava düşüb.

BAKU.WS xəbər verir ki, "Report”un Qərb bürosunun məlumatına görə, övladları boşanan qudalar arasında yaranan mübahisə davaya çevrilib.

Nəticədə oğlanın atası qızın anasını döyüb. Xəsarət alan Gəncə şəhər sakini 1964-cü il təvəllüdlü Əzizova Mənzərə Ramazan qızı üz və baş nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər alıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS