VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bu gün axşam saatlarında Goranboy rayonunun Meşəli kəndində kütləvi dava baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, nəticədə həmin kəndin 1995-ci il təvəllüdlü sakini Salmanov Əlimşah Şahmirzə oğlu başından ağır xəsarət alıb.
Dostlarının köməyi ilə xəstəxanaya aparılan yaralıya həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra o, Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər hazırda yaralının vəziyyətinin orta-ağır olduğunu bildirirlər.

Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır.
 
BAKU.WS