Sabirabad sakini kanalda boğulub.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Sabirabad rayon Sarıcalar kənd sakini 1979-cu il təvəllüdlü Şirəliyev Nazim Rəis oğlu rayonun Qalağayın kəndi ərazisində kanalda batıb. Beş uşaq atası olan N.Şirəliyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Araşdırma aparılır. 
 
BAKU.WS