29 yaşlı qadın külli miqdarda narkotiklə tutuldu
03
iyn
2025
17:01
Abşeron rayonunda külli miqdarda narkotik dövriyyədən çıxarılıb.
BAKU.WS DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron RPİ-nin Saray Polis Bölməsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.
Əməliyyat zamanı saxlanılan 29 yaşlı Arzu Bayramovanın üzərindən 3 kiloqramdan çox marixuana aşkarlanıb.
Şübhəli şəxs ifadəsində sosial şəbəkədə tanış olduğu İran vətəndaşının ona narkotik maddəni ünvanlara çatdırmaq müqabilində yüksək pul vəd etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlayıb.
Oxşar xəbərlər
Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində turizm fəaliyyəti adı altında vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirmə...