SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qusarda azyaşlı qətlə yetirilib.

BAKU.WS xəbər verir ki, rayon hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, bir neçə gün əvvəl Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.
 
Şübhəli şəxs qismində dindirilən G. Saypullayeva qızını zəhərlədiyini bildirib. O, azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırılmış süd içirdiyini deyib.
 
G. Saypullayeva tutulub, faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS