SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda həkim-travmatoloq sükan arxasında vəfat edib.

BAKU.WS xezerxeber.az-a istinadən bildirir ki, hadisə ötən gecə paytaxtın Nizami rayonu Qara Qarayev prospektində baş verib. 1 saylı Kliniki Tibbi Mərkəzin travmatoloqu, Azərbaycan Tibb Universitetinin müəllimi və ikinci müalicə-profilaktika fakültəsinin həmkarlar ittifaqının sədri, 50 yaşlı Fikrət Vəliyev avtomobilini idarə edərkən qəfil qıcolma keçirib. O, avtomobilində dünyasını dəyişib. Hadisə yerinə rayon polis və prokurorluq orqanlarının əməkdaşları gəliblər.

Fikrət Vəliyevin ölümünün dəqiq səbəblərinin öyrənilməsi üçün meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb.
 
BAKU.WS