SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Abşeronda 17 yaşlı qızı şantaj edən şəxs saxlanılıb. 

BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 7-də Masazır qəsəbə sakini olan 17 yaşlı bir qız barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 50 manat pul almaqda şübhəli bilinən Biləsuvar rayon sakini İbrahim Novruzlu tutulub. 

Adıçəkilənin saxlanılması Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində baş tutub.
 
BAKU.WS