VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Şəkidə şantajla məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də şəhər sakini Məmmədəli Nadirovu qızı barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 500 manat almış həmyerlisi, əvvəllər məhkum olunmuş Elşən Hüseynov tutulub.

Araşdırmalar nəticəsində E.Hüseynovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olması müəyyən edilib.
 
BAKU.WS