SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda qəzəlxan oğurluq edib. BAKU.WS XezerXeber.az-a istinadən xəbər verir ki, o, sahibi evdə olmayan vaxt mənzilə girib ordan pul oğurlayıb. Polis araşdırma zamanı müəyyən edib ki, bu qəzəlxanın ilk cinayəti deyil. Onun bir neçə oğurluq faktının üstü də açılıb.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis bu işdə şübhəli kimi məclislərə qəzəlxan kimi gedən 34yaşlı Elməddin Nagimovu saxlayıb.

İdarəyə gətirilərkən qəzəlxan əməlini etiraf edib. O, cinayətə səbəb kimi son vaxtlar toylara dəvət almaması ilə əlaqələndirib.

Qəzəlxan kimi tanınan Elməddin Nagimovun ətrafında araşdırma aparan polis müəyyən edib ki, bu onun ilk cinayət əməli deyil. Elməddin Nagimov bundan başqa rayon ərazisindəki 3 evdən pul, qızıl əşyaları və qaz sayğacı, habelə Bakı şəhər sakini olan bir qadının içərisində 500 manat pul və ərzaq məhsulları olan çantasını oğurlamaqla 4 cinayət törədib.

Polisdən onu da bildiriblər ki, Elməddin Nagimovun digər cinayətlərdə iştirakı istisna olunmur. Faktla bağlı onun barəsində Suraxanı rayon polis idarəsində oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb, istintaq gedir.
 
BAKU.WS