SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının mərkəzində oteldə bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS-in Report-a istinadən xəbərinə görə, hadisə paytaxtın Səbail rayonu, İçərişəhər, S.Quliyev küçəsində yerləşən "Shah Palace” adlı oteldə qeydə alınıb.

Belə ki, orada fəhlə çalışan 1988-ci il təvəllüdlü Teymur Qasımov həmkarı, 1987-ci il təvəllüdlü Mahal İsmayılovun döş qəfəsinə bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS