SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının mərkəzində qızıl dükanından dəyəri 40 min manat olan brilyant qolbağı oğurlanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Neftçilər prospekti 145 ünvanında yerləşən "Vivid Diamond" mağazasında qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü Seymur Kərimova məxsus mağazaya 3 nəfər daxil olaraq satıcının fikrini yayındırıb. Bundan sonra 40 000 manatlıq brilyant qolbağı oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.