SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda sərnişin avtobusda əyləşmək istədiyi yer üstündə mübahisə edərkən bıçaqlanıb.
  
BAKU.WS-in Report-a istinadən xəbərinə görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
 
Belə ki, 1990-ci il təvəllüdlü Məmmədov Elvin Məhəmməd oğlu 199 saylı marşut avtobusunda əyləşmək üstündə tanımadığı sərnişinlə mübahisə edib. E.Məmmədov mübahisə zamanı sağrı nahiyəsindən iki bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib.
  
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
 
BAKU.WS