SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda qəza zamanı vətəndaş yaralanıb. 
 
BAKU.WS-in məlumatına görə, hadisə yerinə gələn təcili yardım maşını yaralı vətəndaşı xəstəxayanaya aparmaqdan imtina edib.
 
Maraqlısı ondadır ki, buna görə heç bir əsas göstərilməyib. Ətrafdakıların təzyiqindən sonra təcili yardım əməkdaşları yaralı şəxsi xərəyə qoyaraq maşına mindirib. 
 
Bəzi vətəndaşlar isə YPX əməkdaşına təzyiq göstərərək yaralı şəxsə yardım etməyini tələb edib. Ancaq YPX əməkdaşı yaralını xəstəxanaya çatdırmaq səlahiyyətində olmadığını bildirib. YPX əməkdaşı yolu tənzimləməli, hadisə yerindəki vəziyyətə nəzarət etməlidir. 
 
Təcili Yardım Stansiyasından bizə bildirilir ki, təcili tibbi yardım maşını heç bir halda yaralı şəxsi xəstəxanaya aparmaqdan imtina edə bilməz. Yaınız vəziyyəti yüngül olduqda ilkin tibbi yardım göstərilir və evə buraxılır. 
 
 
Nazim Babayev
BAKU.WS