SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Gəncədə qadın sərnişin avtobusda qəflətən ölüb. 

BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Gəncədə şəhər daxilində sərnişin daşıyan 7 saylı avtobusda qeydə alınıb.

Şəhər sakini, 1961-ci il təvəllüdlü Hicran Cahangirova avtobusa minəndən sonra özünü pis hiss edərək yıxılıb. Ona dərhal yardım göstərilsə də, öldüyü məlum olub.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
 
BAKU.WS