Bakıda mənzildən 7 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Hadisə paytaxtın Səbail rayonunda baş verib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, Xoşginabi küçəsindəki evlərdən birində yaşayan 1983-cü il təvəllüdlü R.Əliyevin mənzilinə açarseçmə yolu ilə daxil olan naməlum şəxs və ya şəxslər oradan 7500 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır. 
 
BAKU.WS