VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
"Sovetski”də söküntü işləri tamamilə yekunlaşıb. Söküntülər zamanı Bakının qədim məhəlləsi olan "Sovekski” yerlə yeksan edilib. 

BAKU.WS Cebhe.info-nun əldə etdiyi məlumata görə, əraziyə yaxın yerdəki növbəti hündürmərtəbəli yaşayış binasının sökülməsi də nəzərdə tutulub. 

Sakinlər buna narazılıq etsələr də, bina mühafizəçiləri binanın plana düşdüyünü, yaxın günlərdə isə binanın söküləcəyini bildiriblər. Həmçinin, sözügedən ərazidə yerləşən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Hacı Əbdürrəhimbəy Qulubəyov məscidinin də bir hissəsi sökülüb.
 
Məscidə yaxın ərazidə söküntü işləri aparan mühəndislər məscidin yaxın günlərdə danışıqlar yolu ilə söküləcəyini bildiriblər. Qeyd edək ki, məscid və onun arxa tərəfində yerləşən hündürmərtəbəli yaşayış binası "Sovetski”dən keçən yol qovşağının ərazisinə düşür. 

BAKU.WS