SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Qoşunların təmas xəttində düşmənin daha bir texnikası məhv edilib. Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib. 
 
Məlumata görə, martın 2-si günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vaxtında aşkar olunaraq atəşlə məhv edilib.
 
BAKU.WS