SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sosial şəbəkələrdə 25 il öncə Xocalıda keçirilən son toy şənliyinin fotosu yayılıb. Milli.Az modern.az-a istinadən xəbər verir ki, "İsayevin səhifəsi" adlı hesabda verilən foto ilə bağlı belə bir izah verilib:  

"Bu, kəndimizdə son toy oldu. Gəlinin sağında dayanan şərfli oğlan və iki qardaşı əsir düşdülər. Bəyin sağdışı da əsir götürüldü. Sonra da o yaraşıqlı oğlanları vəhşicəsinə, əzab verərək öldürmüşdülər. Əlində boşqab, üzünü arxaya çevirən xalam qızı Çiçəkdir. Faciə gecəsi öldürüldü. 7 gün sonra cəsədini gətirmək mümkün oldu".

BAKU.WS