SİZİN REKLAM BURADA!
055 213 76 73



Səudiyyə Ərəbistanında təzə bəy toy gecəsi telefonla mesajlaşan gəlinə həyatının şokunu yaşadıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, şadlıq evindən çıxıb ilk gecələrini keçirmək üçün otelə gedən bəylə gəlin arasında mübahisə yaranıb.
 
Belə ki, təzə gəlin telefonda dostlarının təbrik mesajlarını cavablandırdığından bəyi yatağına buraxmayıb. Gəlinin dostlarının onun üçün yenicə ailə qurduğu şəxsdən önəmli olduğunu deməsi isə bəyin səbrini tükədib. Oteli tərk edən bəy boşanmaq üçün məhkəməyə müraciət edib. Gəlinin sonrakı yalvarışları və hakimin düşünmək üçün vaxt təklif etməsi də bəyi yumşaltmayıb. O, boşanmaqda israrlı olduğunu bəyan edib.

BAKU.WS