SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda ahıl və tənha vətəndaşlar dələduzluğa məruz qalıb, 14 nəfər saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 8-13 iyun tarixlərində naməlum şəxslər əvvəlcədən müəyyənləşdirdikləri vətəndaşlarla xaricdən ev telefonu vasitəsi ilə əlaqə saxlayıb onların yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirərək yardım göstərilməsi üçün pul tələb ediblər.

Həmin şəxslər əvvəlcədən “Telegram” sosial şəbəkəsindən sifariş etdikləri kuryerlər vasitəsi ilə pul vəsaitlərini zərərçəkənlərdən alaraq kriptovalyuta hesablarına köçürməklə ələ keçiriblər.

Qeyd olunan hüquqazidd əməllər nəticəsində naməlum şəxslər 212 min, 20 min, 4 min 400, 4 min 500 dollar, eləcə də 21 min 530, 10 min, 5 min 300, 7 min 700 , 4 min 570, 4 min , 2 min manat olmaqla ümumilikdə 10 vətəndaşa 240 min 900 ABŞ dolları və 55 min 100 manat maddi ziyan vurublar.

Bakı şəhərində polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə kuryer qismində hadisələrin törədilməsində iştirak edən 14 nəfər saxlanılıb.

Qeyd edilib ki, faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Cinayətlərin təşkilatçıları və digər iştirakçılarının dairəsinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

BAKU.WS
VİDEO