Əlibala Əsgərov vəfat edib

12
iyn
2024
23:12
Lənkəran Dövlət Dram Teatrının aktyoru Əlibala Əsgərov 69 yaşında dünyasını dəyişib.
Bu barədə Azərbaycan Teatr Xadimləri İttifaqından bildirilib.
Aktyor Əlibala Əfsər oğlu Əsgərov 1955-ci ildə Sumqayıtda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil alıb. 1975-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında işləyib.
Bununla yanaşı o, “Durnalar qayıdanda” filmində Sovet zabiti, “Qəzan mübarək Paşam” filmində general Əliağa Şıxlinski obrazlarını yaradıb.
Oxşar xəbərlər
Azərpaşa Nemətovun vəfatı ilə əlaqədar Teatr forumunun vaxtı dəyişdirildi - YENİLƏNİB
Azərbaycan teatr rejissoru, Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii...