SİZİN REKLAM BURADA!
055 213 76 73

"Bu gün səhər saatlarında Xəzər rayonu, Mərdəkan körpüsünün yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi zamanı üç nəfər ölüb, bir nəfər xəsarət alıb".

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumatda qeyd olunub ki, 01.06.2024-cü il tarixində saat 07:58-də Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.

"Çağırış ünvanına təcili yardım briqadası cəlb olunub. Üç nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb. 39 yaşlı 1 nəfər isə (kişi cinsli) döş qəfəsinin küt travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən şəxs öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb".

*** 11:43

Bu gün səhər saatlarında Xəzər rayonu, Mərdəkan körpüsünün yaxınlığında zəncirvari, ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər həyatını itirib.

Qəzanın baş verməsinə səbəb "Hyundai Santafe" "Hyundai Matrix" və "Daewoo Gentra" markalı avtomobillərin toqquşması olub.

İlkin məlumata görə ölənlərdən biri "Hyundai Santafe" markalı avtomobilin sürücüsüdür.

Hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə sorğu ünvanladıq.

İdarənin bölmə rəisi Toğrul Nəsirli faktı təsdiqlədi:

"Bu gün saat 08:00-da Mərdəkan qəsəbəsi ərazisində üç nəfərin ölümü ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisənin baş verməsinə səbəb "Hyundai Matrix" markalı nəqliyyat vasitəsinin idarəetməni itirərək, əks hərəkət zolağına çıxıb və qarşıdan gələn "Hyundai Santafe" və "Daewoo Gentra" markalı nəqliyyat vasitələri ilə toqquşması olub.

Hadisə nəticəsində "Hyundai Matrix"in sürücüsü və sərnişini, eyni zamanda "Hyundai Santafe"nin sürücüsü aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisə nəticəsində həyatını itirənlər "Hyundai Matrix"in sürücüsü Ayxan Rəsulov, sərnişini İftixar İskəndərov, "Hyundai Santafe"nin sürücüsü Fərid Hüseynovdur" - deyə T. Nəsirli qeyd edib.

***11:24

BAKU.WS