SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Bu gün səhər saatlarında Nərimanov rayonu, "Çermet" körpüsünün üstündə ağır yol qəzası baş verib.

BAKU.WS-nin SalamNews-a istinadən verdiyi məlumata görə, qəza nəticəsində taksi avtomobili ilə işə gedən zaman Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında qulluq edən Yusifov Elzar Süleyman oğlu və mülkü şəxs Mirzəyev Elsəvər Rasim oğlu ağır bədən xəsarətləri alıblar. Yaralılardan Elzar Yusifov təcili yardım stansiyası əməkdaşlarının köməkliyi ilə Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalına aparılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, Daxili Qoşunların mətbuat xidməti SalamNews-a faktı təsdiq edib.

Fakt Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.
 
Arzu Mirzəyeva 
BAKU.WS