SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda 22 yaşlı qadın qətlə yetirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı, 2003-cü il təvəllüdlü Qurbanov Səbuhi İlkin oğlu sonra özünə xəsarət yetirib. O xəstəxanya yerləşdirilib.

İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS