SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhər saatlarında Binəqədi-Balaxanı şosesində ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Hadisə zamanı TIR-la betonqarışdıran maşın toqquşub. Nəticədə yük maşınının kabinesi yerə düşüb.

Qəzadan sonra hər iki maşın ərazidən uzaqlaşıdırılıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, qəza səbəbindən həmin yolun hər iki istiqamətində sıxlıq yaranıb.

BAKU.WS
VİDEO